Deodorant və antiperspirant gündəlik gigiyenanın ən vacib hissələrindən biridir. İnsan bədəni tərlədikdə xoşagəlməz qoxu yaranır və bu, gündəlik rahatlığa təsir edə bilər. Deodorant bu qoxunu aradan qaldırmağa kömək edir, antiperspirant isə əlavə olaraq tər vəzilərinin fəaliyyətini azaldaraq tərləməni minimuma endirir.
Hal-hazırda mağazamızda müxtəlif formada deodorantlar mövcuddur:
Hər birinin fərqli üstünlükləri var və seçim şəxsi ehtiyaclara görə dəyişir.
Roll on deodorant maye formada olur və birbaşa qoltuq altına tətbiq edilir. Dəriyə yumşaq yayılır və uzunmüddətli qoruma təmin edir. Bu növ xüsusilə həssas dəri üçün uyğundur, çünki tərkibi daha yumşaq olur və qıcıqlanma riskini azaldır.
Sprey deodorant istifadəsi ən rahat olan növlərdən biridir. Tez quruyur və dəridə yapışqanlıq hissi yaratmır. Gün ərzində təravət hissi üçün ideal seçimdir və xüsusilə aktiv həyat tərzi olan insanlar tərəfindən çox istifadə olunur.
Stick deodorant bərk formadadır və birbaşa dəridə sürtülərək istifadə olunur. Bu növ daha uzunmüddətli qoruma təmin edir və adətən gün boyu effektiv təsir göstərir.
Səyahət zamanı və ya çantada daşımaq üçün çox praktikdir.
Krem dezodorant daha nadir istifadə olunsa da, çox effektivdir. Dəriyə yumşaq tətbiq olunur və dərini nəmləndirərək qoruyur.
Xüsusilə həssas dəriyə sahib olanlar üçün yaxşı seçimdir, çünki həm qoxuya qarşı qoruma, həm də dəriyə qulluq funksiyası var.
Düzgün deodorant seçimi üçün bir neçə məqama diqqət etmək lazımdır:
Əgər güclü tərləmə problemi varsa, antiperspirant xüsusiyyətli məhsullar daha uyğun olur. Sadəcə təravət istəyənlər isə deodorant istifadə edə bilər.